Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
Xaçmaz
Xaçmaz rayonu 1930-cu il avqust ayının 8-də inzibati ərazi kimi təçkil olunmuşdur. Rayonda 2 şəhər, 2 şəhər tipli qəsəbə, 147 kənd yaşayış məntəqəsi vardır. Xaçmaz rayonu daim ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur Ulu öndərimiz 3 dəfə (1981, 1983 və 1998-ci ildə) Xaçmaz rayonunda olmuş, rayon Tarix-Diyarşünaslıq muzeyinin açılışını həyata keçirmiş (1981-ci il), Yalama-Nabran istirahət zonasının perspektivləri ilə tanış olmuş (1983-cü il), sadə zəhmət adamları və ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmiş, rayonun kənd təsərrüfatının inkişafı məqsədi ilə öz dəyərli tövsiyyələrini vermişdir.
2010-cu ildə Xaçmaz rayonunun inzibati rayon kimi yaradılmasının 80 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə rayonun ictimai həyatında fərqlənən 12 nəfər xaçmazlıya müxtəlif fəxri adlar verilmişdir. Əhalisi 162,6 min nəfərdir. Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır Coğrafi mövqeyi Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası ilə , qərbdən Qusar və Quba rayonları ilə , cənubdan Dəvəçi rayonu ilə, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, RF-si ilə sərhəddi 14 km təşkil edir. İqtisadiyyat Xaçmaz rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Ötən il rayonda 70160 ton taxıl, 130680 ton tərəvəz, 13424 ton kartof, 1317 ton bostan bitkiləri, 71335 ton meyvə, 5141 ton üzüm istehsal olunmuşdur. Rayonun təsərrüfatlarında 58180 baş iri buynuzlu mal-qara, 96690 baş davar, 311 min baş ev quşları bəslənir. 2003-cü ilə nisbətdə 2010 cu ildə rayonda ümumi məhsul buraxılışı 3,3 dəfə artaraq 300209,9 min manata,sənaye məhsulu 6,9 dəfə artaraq 32300 min manata ,kənd təsərrüfatı məhsulu istehsalı 2 dəfə artaraq 138776,9 min manata,əsas kapitala investisiyalar 12 dəfə artaraq 45729,6 min manata,pərakəndə əmtəə dövriyyəsi 5,2 dəfə artaraq 205939 min manata,pullu xidmətlərin həcmi 8,6 dəfə artaraq 41554,5 min manata çatmışdır..yerli büdcənin gəliləri 912,5 min manatdan 8523,9 manata,xərcləri 4239,7 min manatdan 23717,7 min manata yüksəlmişdir.Bu dövr ərzində adambaşına pul gəlirləri 3,3 dəfə,orta aylıq əmək haqqı 5,5 dəfə artmışdır.2003-2011 ci illərdə rayonda 15337 yeni iş yeri açılmışdırki bunun da 7749-u daimi iş yerləridir. 01 iyul 2011- ci il tarixə olan məlumata görə rayonda ümumi məsul buraxılışı 109,6 milyon manat,sənaye məhsulunun ümumi həcmi 16,9 milyon manat,kənd təsərrüfatı məhsulunun həcmi 30,4 milyon manat təşkil etmişdir.yarım il ərzində pərakəndə əmtəə dövriyyəsi 98,8 milyon manat,pullu xidmətlərin həcmi 19,1 milyon manat,əsas kapitala investisiyalar 30,2 milyon manat olmuşdur.Rayonun təsərrüfatlarında 5269 hektar sahədən 12429 ton taxıl (hər hektardan 23,6 sentner olmaqla),2587 ton kartof, 10008 ton tərəvəz, 1613 ton meyvə yığılmışdır.6 ayda 4114 ton ət (diri çəkidə), 18388 ton süd, 9,6 milyon ədəd yumurta, 174 ton yun istehsal olunmuşdur. Mədəniyyət Xaçmaz rayonunda mədəniyyət obyektlərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilmiş, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılmışdır. Xaçmaz şəhərində Azərbaycan ədəbiyyatı, incəsənəti və elminin 40 nəfər dahi şəxsiyyətinin abidələrinin ucaldıldığı açıq səma altında Şəxsiyyətlər muzeyi fəaliyyət göstərir. Eləcədə rayonda Xalqlar Dostluğu muzeyi, Əziz Əliyev və akademik Zərifə Əliyeva muzeyləri, Rəsm Qalareyası yaradılmışdır. Hazırda Xalça Muzeyi üçün iki mərtəbəli əzəmətli binanın tikintisi başa çatmaq üzrədir. Xaçmaz şəhərinin əzəmətli Giriş qapısı, Qoşa qapı kompleksi, 4 ölkənin vaxtını göstərən Saatlar qülləsi, Heydər Bulağı və İlham Bulağı kompleksləri, avropa üslubunda tikilmiş Heydər Əliyev prospektinin girişi, Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin at üstündə abidələri Xaçmaza xüsusi gözəllik verir. Hazırda “Heydər Bulağı” və “İlham Bulağı” komplekslərini birləşdirən 4 hektar ərazidə müasir üslubda gözəl bir park salınır, burada hündürlüyü 12 metr olan samovar, 100 ədəd fəvvarə, 2 şəlalə, istirahət köşkləri tikilmiş, yaşıllıq zolaqları arasında yeni səkilər salınmışdır. Kompleksdə işlərin yaxın günlərdə başa çatdırılması planlaşdırılır. 07 dekabr 2006-cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə rayonda Xalça muzeyinin açılışı həyata keçirilmişdir. Açılış zamanı möhtərəm Prezidentimiz 140 m2 sahəsi olan bu muzeyin gələcəkdə daha da genişləndirilməsini tövsiyyə etmişdir. Cənab Prezidentin bu tövsiyyəsini həyata keçirmək məqsədi ilə tərəfimizdən 2011-ci ilin yanvar ayında həmin bina sökülərək, yerində hər mərtəbəsi 1200 m2 olmaqla yeni bir bina tikilmişdir. Binanın fasadı üzlük daşla işlənmiş, pəncərələri ağac şəbəkədən hazırlanmış, binanın üzərinə mərmər fiqurlar qoyulmuşdur. Binanın birinci mərtəbəsində Xalça muzeyi, ikinci mərtəbəsində Uşaq və Gənclər kitabxanaları, eləcə də Elektron kitabxana yerləşəcəkdir. Binanın qarşısında Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələri olan Seyid Əzim Şirvani, Abbas Səhhət, Süleyman Sani Axundov və Abdulla Şaiqin abidələri qoyulmuşdur. Binanın yerləşdiyi Mədəniyyət və istirahət parkının ərazisində yenidənqurma işləri aparılmış, mövcud 4 fəvvarə yenidən qurulmuş, yeni ot örtüyü salınmış, dekorativ ağ və kollar əkilmişdir. Yaxın günlərdə bina açılışa tam hazır vəziyyətdə olacaqdır. [center]
Paylaş: |
» Kompaniya haqqında » Şirkətin strategiyası » Fəaliyyət istiqaməti » Bizimlə biznes » Tədbirlər |
» Reklam agentliyi » Məşğulluq agentliyi » Turizm agentliyi » Ticarət mərkəzi » Uşaq mərkəzi |
» Azərbaycan tarixi » Bakının tarixi » Gəncənin tarixi » Ziyarətgahlar » Videoçarxlar |
» Təhsil » Xaricdə təhsil » Müsabiqələr » Anonslar » Bizimlə əlaqə |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ |
|
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |